Yuxarı

​Türk hərbçiləri son 4 gündə 100-dən çox kürd silahlısını məhv ediblər

PKK üzvlərinin məhvi ölkənin cənub-şərqində anti-terror əməliyyatı zamanı baş verib

Bakı. 20 dekabr. REPORT.AZ/ Türkiyə hərbçiləri son 4 gün ərzində 110 kürd silahlısını məhv ediblər.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, Kürd Fəhlə Partiyası (PKK) üzvlərinin məhv edilməsi ölkənin cənub-şərqində aparılan anti-terror əməliyyatı zamanı baş verib.

Reydlərdə 10 minə yaxın türk hərbçi və polisi iştirak edir. Onlar yaşayış məntəqələrini PKK-çılardan təmizləyir, xəndəkləri örtür və barrikadaları sökürlər.

Küçələrdə intensiv atışmalar davam edir. Türkiyə hakimiyyəti bəyan edib ki, son 4 ay ərzində 180-dən çox polis, hərbçi və mülki şəxs kürd yaraqlılarının qurbanı olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi