TRT-nin 370 əməkdaşı barəsində istintaq başlanıb

TRT-nin 370 əməkdaşı barəsində istintaq başlanıb Ankara Prokurorluğu onları FETÖ ilə əlaqəli olmaqda şübhəli sayır
Region
19 İyul , 2016 18:07
TRT-nin 370 əməkdaşı barəsində istintaq başlanıb

Bakı. 19 iyul. REPORT.AZ/ TRT-nin 370 əməkdaşı barəsində istintaq başlanıb. 

"Report"un Türkiyə KİV-inə istinadən verdiyi məlumata görə, Ankara Prokurorluğu onları FETÖ ilə əlaqəli olmaqda şübhəli sayır. 

Qeyd edək ki, Türkiyədə iyulun 15-də baş tutmayan hərbi çevriliş cəhdi zamanı TRT-nin binası qiyamçılar tərəfindən tutulub, kanal rəhbərliyi və əməkdaşları girov saxlanıb. Daha sonra qiyamçılar aparıcı Tijen Karaşı bəyanat oxumağa məcbur ediblər. 

Son xəbərlər

Orphus sistemi