Tramp Həsən Ruhani ilə görüşə hazır olduğunu bildirib

Tramp Həsən Ruhani ilə görüşə hazır olduğunu bildirib Bakı. 21 avqust. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp iranlı həmkarı Həsən Ruhani ilə görüşməyə hazırdır.
Region
21 Avqust , 2018 04:57
Tramp Həsən Ruhani ilə görüşə hazır olduğunu bildirib

Bakı. 21 avqust. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp iranlı həmkarı Həsən Ruhani ilə görüşməyə hazırdır.

"Report" xəbər verir ki, bu barədə Amerika lideri "Reuters" agentliyinə müsahibəsində deyib. 

"Əgər Ruhani mənlə görüşmək istəyirsə, o zaman "yaxşı",  yox əgər iran lideri dialoqa getmək fikrində deyilsə, o zaman "heç bir işə ehtiyac yoxdur", Tramp bildirib. 

ABŞ prezidenti onu da əlavə edib ki, rəsmi Vaşinqtondan Tehrana danışıqların aparılması üçün heç bir müraciət olmayıb.

Son xəbərlər

Orphus sistemi