Bakı. 20 sentyabr. REPORT.AZ/ Trabzon əyaləti Vəkillər Kollegiyasının sədri Orhan Öngöz və daha 3 vəkil Fətullahçı terror təşkilatı (FETÖ) ilə əlaqəyə görə tutulub.
"Report" "Haber7"yə istinadən xəbər verir ki, onlar Trabzon Şəhər Polis İdarəsinə aparılıblar.
Xəbərdə vəkillərin istintaqının davam etdiyi, evlərində və iş yerlərində axtarış aparıldığı qeyd olunub.