Yuxarı
    Bağlamaq

    ​"Total" İran bazarına qayıda bilər

    Sanksiyalar tətbiq edildikdən sonra şirkət İrana neft məhsulları tədarükünü dayandırıb

    Bakı. 2 iyun. REPORT.AZ/ Fransanın "Total" neft-qaz şirkəti beynəlxalq sanksiyalar qaldırıldıqdan sonra İran bazarına qayıdacağını istisna etmir.

    "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu şirkətin başçısı Patrik Puyanne bildirib.

    O qeyd edib ki, istənilən şirkətin İranda işləməsi sanksiyaların aradan qaldırılmasından asılıdır: "Bütün işlər yaxşı getsə belə sanksiyaların götürülməsi bir az sürəcək. Hələ görək hansı sənədi imzalayacaqlar. İran dünyada ən çox təbii qaza sahib ikinci dövlət və böyük neft ölkəsidir".

    P.Puyanne deyib ki, şirkət uzun müddət İranda fəaliyyət göstərib: ""Total"ı bu ölkə ilə çoxlu işlər bağlayır".

    Qeyd edək ki, bu il iyunun 30-dək İranın nüvə proqramı üzrə "altılıq" (ABŞ, Almaniya, Britaniya, Fransa, Rusiya və Çin) ölkələri ilə Tehran arasında yekun sənədin imzalanması nəzərdə tutulub. Həmin sənəd imzalandıqdan sonra İrana qarşı tətbiq edilən sanksiyaların aradan qaldırılacağı gözlənilir.

    Xatırladaq ki, Avropa İttifaqı nüvə proqramına görə Tehrana sanksiya tətbiq etdikdən sonra "Total" 2010-cu ildə İranda fəaliyyətini dayandırıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi