Yuxarı
    Bağlamaq

    ​Terrorda ölənlər arasında "Qalatasaray"ın futbolçusunun atası da var - FOTO

    O, Gənclərbirliyi- Qalatasaray oyununu izlədikdən sonra evinə dönərkən hadisə baş verib

    Bakı. 14 mart. REPORT.AZ/ Türkiyənin "Qalatasaray" futbol klubunun aparıcı oyunçusu Umut Bulutun atası Kamal Bulut da ötən gün törədilən terror nəticəsində həyatını itirib.

    "Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

    Məlumata görə, hadisə baş verən vaxt o, "Gənclərbirliyi"-"Qalatasaray" oyununu izlədikdən sonra evinə dönürmüş.

    Qeyd edək ki, martın 13-də Ankaranın "Kızılay" meydanında törədilən terror nəticəsində 37 nəfər həyatını itirib, 125 nəfər isə yaralanıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi