Yuxarı
    Bağlamaq

    ​Terrorçu PKK Kərkük-Yumurtalıq neft kəmərini partladıb

    Nazirlikdən bildirilib ki, bu, İraqın şimalında yaşayan xalqın ruzisinə qarşı yönəlmiş hücumdur

    Bakı. 18 fevral. REPORT.AZ/ Terrorçu PKK qruplaşmasının Kərkük-Yumurtalıq neft kəməri xəttində partlayış törətməsi nəticəsində Türkiyəyə neft nəqli dayandırılıb.

    "Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu haqda İraqın şimalındakı kürd muxtariyyətinin nazirliyi məlumat yayıb.

    "Türkiyə sərhədi daxilində Şanlıurfa əyalətindəki sabotaj səbəbindən İraqın şimalından Ceyhan limanına neft nəqli dayandırılıb", - deyə nazirlik vurğulayıb.

    Qurumdan bildirilib ki, bu, İraqın şimalında yaşayan xalqın dolanışığına qarşı yönəlmiş hücumdur: "Bu sayaq basqınlar xalqa böyük zərər verməkdədir".

    İraqın şimalındakı hökumət Türkiyədən belə hücumların qarşısını almağı və təhlükəsizlik tədbirlərini gücləndirməyi istəyib: "Bu basqınları qınayır, Türkiyədən təhlükəsizliyi gücləndirməsini istəyirik". 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi