Yuxarı

​Təqribən 200 min Ermənistan vətəndaşı Rusiyadan qovula bilər

Bu gün 50-60 min Ermənistan vətəndaşı artıq çətin vəziyyətə düşüb

Bakı. 7 fevral. REPORT.AZ/ "Bu gün 50-60 min Ermənistan vətəndaşı çətin vəziyyətə düşüb: onlar Rusiya ərazisini tərk ediblər, əsasən Ermənistandadırlar və Rusiyaya qayıda bilmirlər. Çünki Rusiyanın miqrasiya qanunvericiliyinin tələblərini pozublar".

"Report" "News.am"a istinadən xəbər verir ki, bunu Ermənistanın Ərazi İdarəçiliyi və Fövqəladə Hallar Nazirliyinin Miqrasiya Xidmətinin rəhbəri Qaqik Yeqanyan bildirib.

"Rusiya mənbələrinə əsasən, hazırda 3 milyondan çox insan Rusiyanın qanunvericilik normalarını pozan şəxslər siyahısına düşüb. Onlara qarşı 10 il müddətinədək qadağa tətbiq olunacaq", - deyə "News.am" Qaqik Yeqanyanın sözlərini sitat gətirib.

Onun sözlərinə görə, göstərilən şəxslərin təqribən 180 min nəfərini Ermənistan vətəndaşları təşkil edir və onlar hazırda risk qrupundadırlar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi