Telman İsmayılovun şirkəti müflis elan edilib

Telman İsmayılovun şirkəti müflis elan edilib Məhkəmə şirkətdə 6 ay müddətinə müflisolma prosesi açıb
Region
10 Oktyabr , 2017 12:55
Telman İsmayılovun şirkəti müflis elan edilib

Bakı. 10 oktyabr. REPORT.AZ/ Moskva Arbitraj Məhkəməsi iş adamı Telman İsmayılova məxsus "Praqa-AST" MMC şirkətini müflis elan edib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, məhkəmə şirkətdə 6 ay müddətinə müflisolma prosesi açıb.

Qeyd edək ki, daha əvvəl KİV Çerkizov bazarının keçmiş sahibi Telman İsmayılova məxsus Las-Veqasdakı ticarət mərkəzinə həbs qoyulduğunu da yazıb.

Son xəbərlər

Orphus sistemi