Telman İsmayılovun şirkəti məhkəmədən iflasla bağlı işin icrasını dayandırmağı xahiş edib

Telman İsmayılovun şirkəti məhkəmədən iflasla bağlı işin icrasını dayandırmağı xahiş edib Məhkəmə iclası fevralın 4-nə təxirə salıb
Region
1 Fevral , 2016 14:03
Telman İsmayılovun şirkəti məhkəmədən iflasla bağlı işin icrasını dayandırmağı xahiş edib

Bakı. 1 fevral. REPORT.AZ/ İş adamı Telman İsmayılovun sahibi olduğu "AST Şirkətlər Qrupu"na daxil olan "KBF AST" MMC Moskva Arbitraj Məhkəməsindən şirkətin iflas olunmasıyla bağlı işin icrasını dayandırmağı xahiş edib.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, borclu tərəfin nümayəndəsi şirkətin heç bir mülkünün olmadığını bəyan edib, bank isə müflisləşmə prosedurunu maliyyələşdirilməyə razılıq verməyib. Nəticədə məhkəmə iclası fevralın 4-nə təxirə salıb. Eyni zamanda məhkəmə iş üzrə icraatı dayandırmaqdan imtina edib.

Xatırladaq ki, "KBF AST"nin müflisləşməsi barədə müraciət Moskva Bankına məxsusdur. Ötən ilin iyulunda Moskva Bankı "AST Şirkətlər Qrupu"ndan 13 380 milyard rubl alınması tələbi ilə məhkəmədə iddia qaldırmışdı. Oktyabrda isə arbitraj məhkəməsi bankın iddiası əsasında "KBF AST"dən 213 milyon dolların alınmasına qərar verib. Daha sonra Apellyasiya Məhkəməsi bu qərarı təsdiqləyib.

Son xəbərlər

Orphus sistemi