Tehranda mikroavtobus yanıb, 4 sərnişin ölüb

Tehranda mikroavtobus yanıb, 4 sərnişin ölüb Mikroavtobusun sürücüsü isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib
Region
17 May , 2017 12:24
Tehranda mikroavtobus yanıb, 4 sərnişin ölüb

Bakı. 17 may. REPORT.AZ/ Tehranda mikroavtobusun yanması nəticəsində 1 qadın, 3 kişi ölüb.

“Report” TASS-a istinadən xəbər verir ki, hadisə səhər saatlarında İran paytaxtının cənub-şərqində Səidi avtomobil şosesində olub.

Yanğın baş verən zaman sərnişinlər maşını tərk edə bilməyib və nəticədə yanıq xəsarətlərindən ölüblər. 

Mikroavtobusun sürücüsü isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hadisənin başvermə səbəbi araşdırılır.

Son xəbərlər

Orphus sistemi