Tbilisidə taksi sürücüləri yenidən aksiya keçiriblər

Tbilisidə taksi sürücüləri yenidən aksiya keçiriblər Gürcüstanın paytaxtı Tbilisi şəhərində taksi sürücüləri növbəti etiraz aksiyası keçiriblər.
Region
27 Mart , 2019 15:43
Tbilisidə taksi sürücüləri yenidən aksiya keçiriblər
0 : 00
0 : 00

Gürcüstanın paytaxtı Tbilisi şəhərində taksi sürücüləri növbəti etiraz aksiyası keçiriblər.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, taksi maşınlarından ibarət karvan “Vağzal meydanı” metrostansiyası yaxınlığından parlament binasına qədər yürüş edib.

Aksiyaya Leyboristlər Partiyasının nümayəndələri də dəstək veriblər. İştirakçılar Tbilisidə taksi fəaliyyəti üçün hazırlanmış yeni tənzimləmələrə etiraz ediblər.

Yürüş parlament binası qarşısında aksiya ilə davam etdirilib. Polis aksiya iştirakçılarından olan bir nəfəri saxlayıb.

Qeyd edək ki, Tbilisidə taksi sürücləri martın 20-də şəhər meriyasının binası qarşısında etiraz aksiyası keçiriblər. Meriyadan taksi fəaliyyəti ilə məşğul olan avtomobil sahibləri üçün tətbiq olunacaq yeni qaydaların təxirə salınmayacağı bildirilib.

Bu il oktyabrın 1-dən etibarən qüvvəyə minəcək yeni qaydalara əsasən, birinci mərhələdə taksi sürücüləri məcburi qaydada lisenziya almalı olacaqlar. Bununla yanaşı, üçqapılı və sağ sükanlı avtomobillər taksi xidməti göstərə bilməyəcəklər. Bir ildən sonra isə bütün taksi maşınlarının ağ rəngdə olması tələb olunacaq.

Qeyri-rəsmi məlumatlara əsasən, Tbilisidə 40 minə yaxın taksi fəaliyyət göstərir.

Son xəbərlər

Orphus sistemi