Tbilisidə polis və küçə satıcıları arasında qarşıdurma yaşanıb

Tbilisidə polis və küçə satıcıları arasında qarşıdurma yaşanıb Qarşıdurmaya etirazçıların yolu bağlamaq cəhdləri səbəb olub
Region
1 May , 2017 17:49
Tbilisidə polis və küçə satıcıları arasında qarşıdurma yaşanıb

Bakı. 1 may. REPORT.AZ/ Gürcüstan paytaxtı Tbilisidə şəhər meriyasının binası qarşısında küçə satıcıları ilə polis əməkdaşları arasında qarşıdurma yaşanıb.

"Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, qarşıdurmaya etirazçıların yolu bağlamaq cəhdləri səbəb olub. Polis əməkdaşları onlara belə imkan yaratmır.

Aksiya iştirakçıları Navtluqi bazarı ərazisində küçə ticarətinə qoyulmuş altı aylıq qadağanın ləğv edilməsi tələbi ilə şəhər İcra Hakimiyyəti nümayəndələri ilə görüşmək istəyirlər.

Son xəbərlər

Orphus sistemi