Yuxarı

Tbilisidə partlayış nəticəsində 8 nəfər yaralanıb

Yaralılar yaxınlıqdakı klinikaya çatdırılıb

Bakı. 15 mart. REPORT.AZ/ Gürcüstanın paytaxtı Tbilisidə yaşayış binasında qaz balonunun partlaması nəticəsində 8 nəfər yaralanıb. "Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bu barədə şəhərin rayon administrasiyasından məlumat verilib.

Yaralılar yaxınlıqdakı klinikaya çatdırılıb.

Gürcüstan teleşirkətinin məlumatına görə, partlayış nəticəsində yaxınlıqdakı avtomobil də zədələnib.

Partlayışın səbəbi hələlik müəyyən edilməyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi