Tbilisidə partlayış nəticəsində 8 nəfər yaralanıb

Tbilisidə partlayış nəticəsində 8 nəfər yaralanıb Yaralılar yaxınlıqdakı klinikaya çatdırılıb
Region
15 Mart , 2016 15:22
Tbilisidə partlayış nəticəsində 8 nəfər yaralanıb

Bakı. 15 mart. REPORT.AZ/ Gürcüstanın paytaxtı Tbilisidə yaşayış binasında qaz balonunun partlaması nəticəsində 8 nəfər yaralanıb. "Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bu barədə şəhərin rayon administrasiyasından məlumat verilib.

Yaralılar yaxınlıqdakı klinikaya çatdırılıb.

Gürcüstan teleşirkətinin məlumatına görə, partlayış nəticəsində yaxınlıqdakı avtomobil də zədələnib.

Partlayışın səbəbi hələlik müəyyən edilməyib.

Son xəbərlər

Orphus sistemi