Tbilisidə NATO-Gürcüstan xalq diplomatiyası forumu işinə başlayıb

Tbilisidə NATO-Gürcüstan xalq diplomatiyası forumu işinə başlayıb Aprelin 11-də forumda Gürcüstan prezidenti Giorgi Marqvelaşvili iştirak edəcək
Region
10 Aprel , 2017 12:42
Tbilisidə NATO-Gürcüstan xalq diplomatiyası forumu işinə başlayıb

Bakı. 10 aprel. REPORT.AZ/ Tbilisidə iki günlük NATO-Gürcüstan xalq diplomatiyası forumu işinə başlayıb.

"Report" "Qruziya-Online" portalına istinadən xəbər verir ki, forumda Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili, Avropa və Avro-Atlantik strukturlara inteqrasiya üzrə dövlət naziri Viktor Dolidze və NATO baş katibinin xalq diplomatiyası üzrə müavini Takan İldemin çıxış edəcəyi gözlənilir.

Aprelin 11-də forumda Gürcüstan prezidenti Giorgi Marqvelaşvili iştirak edəcək.

Tədbir çərçivəsində NATO və Avropa İttifaqı nümunəsində təhlükəsizlik problemlərinə qarşı xalq diplomatiyasının rolu, hibrid müharibənin yeni çağırışları, təbliğata, kibermüharibəyə və s. qarşı mübarizə strategiyaları kimi mövzular üzrə müzakirələr planlaşdırılıb.

Son xəbərlər

Orphus sistemi