Tbilisidə metro və sərnişin avtobuslarının işləməsi qadağan olunur

Tbilisidə metro və sərnişin avtobuslarının işləməsi qadağan olunur Tbilisi Metropoliteninin fəaliyyəti müvəqqəti dayandırılır.
Region
30 Mart , 2020 17:49
Tbilisidə metro və sərnişin avtobuslarının işləməsi qadağan olunur
0 : 00
0 : 00

Tbilisi Metropoliteninin fəaliyyəti müvəqqəti dayandırılır.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri Giorgi Qaxaria brifinqdə bildirib.

O deyib ki, həm şəhərdaxili, həm də şəhərlərarası istənilən növ ictimai nəqliyyatın fəaliyyəti qadağan olunur: “Taksilər də daxil olmaqla yalnız minik avtomobillərinin hərəkətinə icazə verilir. Bu nəqliyyat vasitələrində arxa oturacaqda iki nəfər əyləşməklə yalnız üç nəfər ola bilər”.

Qeyd edək ki, Gürcüstanda sabah saat 08:00-dan ümumi karantin rejimi qüvvəyə minəcək. 

Son xəbərlər

Orphus sistemi