Tbilisidə keçirilən etiraz aksiyası başa çatıb - YENİLƏNİB

Tbilisidə keçirilən etiraz aksiyası başa çatıb - YENİLƏNİB Tbilisidə parlament binası önündə keçirilən etiraz aksiyası başa çatıb.
Region
2 İyul , 2019 23:37
Tbilisidə keçirilən etiraz aksiyası başa çatıb -  YENİLƏNİB

Tbilisidə parlament binası önündə keçirilən etiraz aksiyası başa çatıb.

"Report"un yerli bürosu xəbər verir ki, təşkilatçılar aksiyanın iyulun 3-də saat 19:00-da bərpa olunacağını bildiriblər.

Bugünkü aksiyada heç bir insident qeydə alınmayıb.

Təşkilatçılar daxili işlər naziri Giorgi Qaxaria istefa verənə qədər hər gün aksiya keçirəcəklərini qeyd ediblər.


***21:15

Gürcüstanın paytaxtı Tbilisidə keçirilən etiraz aksiyalarının formatı dəyişdiriləcək.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə aksiya təşkilatçılarından olan Şota Diqmelaşvili parlamentin binası önündə etirazçılar qarşısında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, gələn həftədən etibarən parlamentin qarşısında müxtəlif tədbirlər təşkil olunacaq: “Aksiyalarda şeirlər oxunacaq, müzakirələr təşkil olunacaq və kinolar nümayiş etdiriləcək. Biz bu yeri daimi işgüzar məkana çevirəcəyik. Müxtəlif kiçik şirkətlər departamentlərinin müəyyən hissəsini buraya köçürəcəklər”.

Təşkilatçı qeyd edib ki, iyulun 4-də parlament binası önündə böyük konsert proqamı təşkil olunacaq, iyulun 6-na isə genişmiqyaslı yürüş planlaşdırılıb. 

Son xəbərlər

Orphus sistemi