Tbilisidə Gürcüstan Ali Məhkəməsinin binası qarşısında etiraz aksiyası keçirilir

Tbilisidə Gürcüstan Ali Məhkəməsinin binası qarşısında etiraz aksiyası keçirilir Onlar "Rustavi 2" telekanalının indiki rəhbərlikdən alınaraq əvvəlki sahibinə qaytarılmasına etiraz edirlər
Region
2 Mart , 2017 13:23
Tbilisidə Gürcüstan Ali Məhkəməsinin binası qarşısında etiraz aksiyası keçirilir

Tbilisi. 2 mart. REPORT.AZ/ Martın 2-də Gürcüstan Ali Məhkəməsində "Rustavi 2" televiziya kanalı ilə bağlı sonuncu məhkəmə iclası başlayıb. 

"Report"un Gürcüstan bürosu xəbər verir ki, bu səbəbdən yüzlərlə insan məhkəmə binasi önünə toplaşıb.

Onlar telekanalın indiki rəhbərlikdən alınaraq əvvəlki sahibinə qaytarılmasına etiraz edir və "Rustavi 2" televiziya kanalını almaq istəyənlərin olkədə azad sözü, media azadliğını boğmaq istədiklərini hesab edirlər.

Mitinqdə çıxış edənlər bildiriblər ki, "Rustavi 2" telekanalına qarşı başlayan kampaniya ümumilikdə ölkədə azad sözün boğulmasına yönəlib.

Qeyd edək ki, aksiyaya müxalifət partiyaları da qoşulub. 

Son xəbərlər

Orphus sistemi