Yuxarı

Tbilisidə gənc oğlan ana və bacısını qətlə yetirib

​Tbilisidə gənc ana və bacısını qətlə yetirib

Gürcüstanın paytaxtı Tbilisinin Ateni küçəsi 20 ünvanında qətl törədilib.

"Report"un yerli bürosu xəbər verir ki, gənc iki ailə üzvünü qətlə yetirib. O, daha sonra özünü öldürüb.

İlkin versiyaya əsasən, gəncin qətlə yetirdiyi şəxslər onun anası və bacısıdır.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı istintaqa başlanılıb.

Gürcüstanın Daxili İşlər Nazirliyi üç şəxsin ölməsi faktını təsdiqləyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi