Tbilisidə etirazlar zamanı xəsarət alanların 13-ü xəstəxanada müalicəsini davam etdirir

Tbilisidə etirazlar zamanı xəsarət alanların 13-ü xəstəxanada müalicəsini davam etdirir Tbilisidə iyunun 20-də kütləvi aksiya zamanı xəsarət alan etirazçıların 13-ü xəstəxanalarda müalicələrini davam etdirirlər.
Region
25 İyun , 2019 15:14
Tbilisidə etirazlar zamanı xəsarət alanların 13-ü xəstəxanada müalicəsini davam etdirir

Tbilisidə iyunun 20-də kütləvi aksiya zamanı xəsarət alan etirazçıların 13-ü xəstəxanalarda müalicələrini davam etdirirlər.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması və Təcili Tibbi Yardım Mərkəzinin direktoru Avtandil Talakvadze jurnalistlərə bildirib.

Onun sözlərinə görə, onlardan 5-i bu gün ərzində evə buraxılacaq: “Süni tənəffüs aparatına qoşulan iki pasientin vəziyyəti isə stabildir. Reanimasiya şöbəsində olan hər iki xəstənin durumunda müsbət dinamika müşahidə olunur”.

A.Talakvadze qeyd edib ki, Gürcüstanın Məcburi Köçkünlərin İşləri, Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyi pasientlərin vəziyyətini davamlı olaraq nəzarətdə saxlayır.

Son xəbərlər

Orphus sistemi