Tbilisidə etiraz aksiyasına canlı zəncirlə yekun vurulub - YENİLƏNİB-2

Tbilisidə etiraz aksiyasına canlı zəncirlə yekun vurulub - YENİLƏNİB-2 Tbilisidə Gürcüstan parlamentinin binası qarşısında keçirilən etiraz aksiyası başa çatıb.
Region
25 İyun , 2019 00:24
Tbilisidə etiraz aksiyasına canlı zəncirlə yekun vurulub - YENİLƏNİB-2

Tbilisidə Gürcüstan parlamentinin binası qarşısında keçirilən etiraz aksiyası başa çatıb.

“Report”un yerli bürosu xəbər verir ki, etirazçılar parlamentin binası ətrafında canlı zəncir yaradaraq, Gürcüstanın dövlət himnini ifa ediblər.

Aksiyaçılar hakim Gürcü Arzusu Partiyasının sədri Bidzina İvanişviliyə məxsus biznes mərkəzə yürüş etməkdən imtina ediblər.

Aksiyanın bu gün saat 19:00-da bərpa olunacağı elan olunub.


***23:54

Tbilisi şəhərində etiraz aksiyası davam edir.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, parlamentin binası qarşısına daxili işlər naziri Giorgi Qaxarianın büstü gətirilib.

Büstdə nazirin gözü qırmızı sarğı ilə bağlanıb. Qırmızı sarğı etiraz aksiyalarının simvoluna çevrilib. Belə ki, iyunun 20-də Tbilisidə etiraz aksiyasının dağıdılması nəticəsində iki etirazçı gözünü itirib.

G.Qaxrianın gipsdən olan büstünü ictimai fəallar hazırlayıb. Büst ilk dəfə bu ilin mayında parlamentin binası qarşısında qoyulub. Büstdə quraşdırılmış qırmızı düymə basılanda “Üzr istəyirəm” ifadəsi səslənir. Bu cür aksiyanın məqsədi 2018-ci ilin mayında Tbilisinin gecə klublarında polis reydlərinin ildönümünü xatırlatmaq olub.

Etirazçılar aksiyanı saat 00:00-da hakim Gürcü Arzusu Partiyasının sədri Bidzina İvanişviliyə məxsus biznes mərkəzə qədər yürüşlə davam etdirəcəklər. 


***21:31

Tbilisidə Gürcüstan parlamentinin binası qarşısında keçirilən etiraz aksiyasına qatılan iştirakçıların sayı artıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, parlamentin binası qarşısındakı Rustaveli prospekti bağlanıb.

Prospektdə avtomobillərin hərəkəti dayandırılıb.

Bu ərəfədə etiraz aksiyasına Gürcüstanın keçmiş birinci xanımı Maka Çiçua da qoşulub. O, jurnalistlərə açıqlamasında aksiyaçıların daxili işlər naziri Giorgi Qaxarianın istefası ilə bağlı tələbini dəstəklədiyini bildirib. 

Son xəbərlər

Orphus sistemi