Tbilisinin “Çin bazarı”nda baş vermiş yanğın lokallaşdırılıb - YENİLƏNİB

Tbilisinin “Çin bazarı”nda baş vermiş yanğın lokallaşdırılıb - YENİLƏNİB Tbilisinin Lilo qəsəbəsindəki “Çin bazarı”nda baş vermiş yanğın lokallaşdırılıb.
Region
7 İyun , 2019 01:02
Tbilisinin “Çin bazarı”nda baş vermiş yanğın lokallaşdırılıb - YENİLƏNİB

Tbilisinin Lilo qəsəbəsindəki “Çin bazarı”nda baş vermiş yanğın lokallaşdırılıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, hadisə nəticəsində min kvadrat metrə yaxın sahə yanıb.

Yanğın zamanı bəzi mallara da ziyan dəyib. Yanğının yayılmasından ehtiyat edən tacirlər təşviş içində anbarlarda saxlanılan mallarını götürməyə başlayıblar.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Yanğının başvermə səbəbləri araşdırılır.


***23:57

Gürcüstanın paytaxtı Tbilisinin Lilo qəsəbəsində yanğın baş verib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, hadisə "Çin bazarı" adlandırılan bazarda qeydə alınıb.

Əraziyə 14 yanğınsöndürən maşın və 2 xilasedici briqada cəlb olunub.

Yanğın nəticəsində xəsarət almayanların olduğu bildirilir.

Hazırda yanğının aradan qaldırılması istiqamətində tədbirlər həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi