Tbilisidə azərbaycanlılara məxsus 20-yə yaxın avtomobil qarət olunub

Tbilisidə azərbaycanlılara məxsus 20-yə yaxın avtomobil qarət olunub Tbilisi. 10 yanvar. REPORT.AZ/ Gürcüstan paytaxtı Tbilisidə, azərbaycanlıların yığcam yaşadığı Cırtdaxan adlandırılan Zemo Vedzisi qəsəbəsində 20-yə yaxın avtomobil qarət olunub.
Region
10 Yanvar , 2019 10:41
Tbilisidə azərbaycanlılara məxsus 20-yə yaxın avtomobil qarət olunub
Report
0 : 00
0 : 00

Tbilisi. 10 yanvar. REPORT.AZ/ Gürcüstan paytaxtı Tbilisidə, azərbaycanlıların yığcam yaşadığı Cırtdaxan adlandırılan Zemo Vedzisi qəsəbəsində 20-yə yaxın avtomobil qarət olunub.

Bu barədə “Report”un Gürcüstan bürosuna qəsəbə sakinləri məlumat veriblər.

Onlar bildiriblər ki, oğurluq ötən aylarda da törədilib və son günlər daha da artıb. Bir neçə avtomobil isə bir gecədə eyni qaydada qarət olunub. Soyğunçular gecə saatlarında maşınların şüşələrini sındıraraq, nəqliyyat vasitələrində olan mobil telefon, pul, siqaret və digər xırda əşyaları oğurlayıblar.

Qarət olunmuş maşınların əksər sahibləri taksi fəaliyyəti ilə məşğul olur.

Qəsəbə sakinləri bildirib ki, polisə oğurluq faktları barədə məlumat verilib və istintaq tədbirləri həyata keçirilir. Faktlarla bağlı hələlik saxlanılan yoxdur.

Cırtdaxanda yaşayan sakinlər soyğunçuların tezliklə saxlanılması və qəsəbədə avtombillərdən oğurluq edilməsinin qarşısının alınması üçün küçələrdə müşahidə kameralarının quraşdırılmasını tələb edirlər. 

Son xəbərlər

Orphus sistemi