Bakı. 16 mart. REPORT.AZ/ Bu gün Tbilisidə Azərbaycan, Gürcüstan və Türkiyənin iştirakı ilə "Üçtərəfli əməkdaşlığın gələcəyi: yeni perspektivlər və çağırışlar" adlı beynəlxalq konfrans keçirilib. Bu barədə "Report" "Novosti Qruziya"ya istinadən xəbər verir.
Konfransın gedişində tədqiqat təşkilatlarının rəhbərləri və üç ölkənin dövlət qurumlarının nümayəndələri regional təhlükəsizliyin möhkəmləndirilməsi, üçtərəfli əlaqələrin inkişaf etdirilməsi və Qərblə Şərq arasında İpək yolu vasitəsilə nəqliyyat əlaqələrinin imkanları məsələlərini müzakirə ediblər.