​Tbilisidə Azərbaycan, Gürcüstan və Türkiyə arasında regional əməkdaşlıq məsələləri müzakirə olunub

​Tbilisidə Azərbaycan, Gürcüstan və Türkiyə arasında regional əməkdaşlıq məsələləri müzakirə olunub "Üçtərəfli əməkdaşlığın gələcəyi: yeni perspektivlər və çağırışlar" adlı beynəlxalq konfrans keçirilib
Region
279
16 Mart , 2015 20:28
​Tbilisidə Azərbaycan, Gürcüstan və Türkiyə arasında regional əməkdaşlıq məsələləri müzakirə olunub

Bakı. 16 mart. REPORT.AZ/ Bu gün Tbilisidə Azərbaycan, Gürcüstan və Türkiyənin iştirakı ilə "Üçtərəfli əməkdaşlığın gələcəyi: yeni perspektivlər və çağırışlar" adlı beynəlxalq konfrans keçirilib. Bu barədə "Report" "Novosti Qruziya"ya istinadən xəbər verir.

Konfransın gedişində tədqiqat təşkilatlarının rəhbərləri və üç ölkənin dövlət qurumlarının nümayəndələri regional təhlükəsizliyin möhkəmləndirilməsi, üçtərəfli əlaqələrin inkişaf etdirilməsi və Qərblə Şərq arasında İpək yolu vasitəsilə nəqliyyat əlaqələrinin imkanları məsələlərini müzakirə ediblər. 

Son xəbərlər

Orphus sistemi