Yuxarı

​Tbilisi zooparkı təbii fəlakətdən sonra yenidən açılacaq

Zurab Qurielidze: Qəfəslərin çoxu dağıldığından heyvanların zooparka gətirilməsində çətinlik çəkirik

Bakı. 18 avqust. REPORT.AZ/ Tbilisinin təbii fəlakətdən ziyan görmüş zooparkı bu ilin sentyabrında açılacaq.

"Report" Gürcüstan KİV-ə istinadən xəbər verir ki, bu haqda zooparkın direktoru Zurab Qurielidze bildirib.

Onun sözlərinə görə, müəssisənin bir hissəsində daşqından sonra aparılan təmizlik və bərpa işləri başa çatıb: "Sentyabrdan zoopark işləyəcək. Qəfəslərin çoxu dağıldığından heyvanların zooparka gətirilməsində çətinlik çəkirik".

Qeyd edək ki, bu il iyunun 14-də Gürcüstanda leysan və güclü külək nəticəsində 19 nəfər həyatını itirmiş, zooparkdakı 600 heyvandan yarısı tələf olmuşdu. Daşqın və sel Tbilsidəki zooparkla yanaşı, yolları, obyektləri dağıtmışdı. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi