Tbilisi hava limanında 23 kq marixuana aşkarlanıb

Tbilisi hava limanında 23 kq marixuana aşkarlanıb Gürcüstanın Tbilisi beynəlxalq hava limanında külli miqdarda narkotik vasitənin ölkəyə gətirilməsinin qarşısı alınıb.
Region
11 Oktyabr , 2019 15:14
Tbilisi hava limanında 23 kq marixuana aşkarlanıb

Gürcüstanın Tbilisi beynəlxalq hava limanında külli miqdarda narkotik vasitənin ölkəyə gətirilməsinin qarşısı alınıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat yayıb.

Aeroportda oktyabrın 4-də sərnişinlərdən birinin yükündə 23 kiloqram marixuana aşkar olunaraq müsadirə edilib.

Faktla bağlı istintaq aparılır. 

Son xəbərlər

Orphus sistemi