​Tacikistanda parlament seçkilərində prezidentin partiyası qalib gəlib

​Tacikistanda parlament seçkilərində prezidentin partiyası qalib gəlib Ölkə tarixində ilk dəfə Sosialist Partiyasının üzvləri də parlamentə seçiliblər
Region
2 Mart , 2015 12:24
​Tacikistanda parlament seçkilərində prezidentin partiyası qalib gəlib

Bakı. 2 mart. REPORT.AZ/ Tacikistan prezidenti Emoməli Rəhmonun başçılıq etdiyi Xalq Demokrat Partiyası parlament seçkisində qalib gəlib.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu haqda ölkənin Seçkilər və Referendum üzrə Mərkəzi Komissiyasının açıqlamasında bildirilib.

Martın 1-də keçirilən parlament seçkisinin nəticələrinə əsasən, seçicilərin 87,7%-i səsvermədə iştirak edib, onların 65,2%-i isə Tacikistan Xalq Demokrat Partiyasına (TXDP) səs verib.

TXDP ilə yanaşı Aqrar Partiya, İqtisadi İslahatlar Partiyası və ölkə tarixində ilk dəfə Sosialist Partiyasının üzvləri də parlamentə seçiliblər.

Son xəbərlər

Orphus sistemi