​Tacikistan "OMON"unun komandiri Suriyaya keçmək istəyərkən tutulub

​Tacikistan "OMON"unun komandiri Suriyaya keçmək istəyərkən tutulub Mayın 1-də o, Tacikistanın 10 vətəndaşı ilə birlikdə Moskvaya gedib
Region
19 May , 2015 15:21
​Tacikistan OMONunun komandiri Suriyaya keçmək istəyərkən tutulub

Bakı. 19 may. REPORT.AZ/ Tacikistan Daxili İşlər Nazirliyi Xüsusi Təyinatlı Milis Dəstəsinin (XTMD) komandiri Gülmurad Halimov Türkiyədə həbs edilərək ölkəsinə təhvil verilib.

"Report" xəbər verir ki, bu haqda "Avesta" saytı məlumat yayıb.

O, Türkiyədə saxta pasportla, başqa ad və soyadla Suriyaya keçmək istəyirmiş.

Məlumatı rəsmi mənbələr nə təkzib, nə də təsdiq ediblər.

Xəbərə əsasən, mayın 1-də G.Halimov Tacikistanın 10 vətəndaşı ilə birlikdə Moskvaya gedib. Həmin tarixdən etibarən XTMD-nin komandirindən xəbərin olmadığı bildirilib. 

Son xəbərlər

Orphus sistemi