Türkiyə ərazisinə Suriyadan atılan artileriya atəşi nəticəsində 6 nəfər şəhid olub, 70 nəfər yaralanıb - YENİLƏNİB-2
- 10 oktyabr, 2019
- 15:58
Suriyadan terrorçuların Türkiyənin Mardin və Şanlıurfa əyalətlərinə endirdiyi raket və top mərmisinin partlaması nəticəsində şəhid olan dinc sakinlərin sayı 6-ya çatıb.
“Report” Türkiyə mətbuatına istinadən xəbər verir ki, partlayışlar nəticəsində Mardində 24, Şanlıurfada isə 46 nəfər yaralanıb.
***17:35
Suriyanın Tel Abyad rayonundan Türkiyənin Şanlıurfa əyalətinin Akçakale rayonuna atılan raket və top mərmisinin partlaması nəticəsində biri on aylıq körpə olmaqla 3 nəfər şəhid olub.
“Report” “Sabah”a istinadən xəbər verir ki, bunu Akçakele rayon icra nümayəndəsi bildirib.
*** 15:43
Türkiyənin Şanlıurfa əyalətinin Akçakale rayonuna Suriyanın terrorçu PKK/YPG-PYD qruplaşmasının işğalı altında olan ərazisindən 4 top mərmisi atılıb.
“Report” “CNNTürk”ə istinadən xəbər verir ki, hadisə nəticəsində 17 nəfər yaralanıb.
Terrorçuların atdığı mərmilər rayon mərkəzinə düşüb. Yaralanlar xəstəxanaya yerləşdirilib.