Yuxarı

​Suriyadan qaçan daha 20 min türkmənin Türkiyəyə sığınacağı gözlənilir

Rusiya, İran və Hizbullah silahlılarının hücumu nəticəsində Suriyanın Rabia şəhərinin türkmən əhalisi evlərini tərk etməyə məcbur olub

Bakı. 26 yanvar. REPORT.AZ/ Suriyadan didərgin düşən daha 20 min türkmənin Türkiyəyə sığınacağı gözlənilir.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Məlumata görə, Rusiyanın havadan, İran və Livan "Hizbullah"ı silahlılarının qurudan hücumu nəticəsində Suriyanın Rabia şəhərinin türkmən əhalisi evlərini tərk etməyə məcbur olub. Bu səbəbdən də daha 20 min türkmənin Türkiyəyə sığınacağı gözlənilir.

Qeyd edək ki, ötən gün bəzi KİV-lər Rabia şəhərinin "terrorçular"dan təmizləndiyi haqda məlumat yaymışdı. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi