Yuxarı

​Suriyadan açılan atəş Türkiyə əsgərini şəhid edib

Türkiyə hərbçiləri atəş açılan əraziyə raket zərbələri endiriblər

Bakı. 10 sentyabr. REPORT.AZ/ Türkiyənin Hatay əyalətinin Reyhanlı bölgəsində sərhəddə keşik çəkən əsgərlərə Suriya ərazisindən atəş açılıb. 

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Xəbərdə bildirilib ki, nəticədə bir türk əsgəri şəhid olub. Aldığı güllə yarasından yaralanan 21 yaşlı əsgər Gökhan Çakır xəstəxanaya aparılıb. Ancaq onu həyatda saxlamaq üçün həkimlərin göstərdiyi cəhdlər nəticə verməyib.

Türkiyə hərbçiləri qarşı tərəfə raket atəşi ilə cavab veriblər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi