​Suriyadan açılan atəş Türkiyə əsgərini şəhid edib

​Suriyadan açılan atəş Türkiyə əsgərini şəhid edib Türkiyə hərbçiləri atəş açılan əraziyə raket zərbələri endiriblər
Region
10 Sentyabr , 2015 13:24
​Suriyadan açılan atəş Türkiyə əsgərini şəhid edib

Bakı. 10 sentyabr. REPORT.AZ/ Türkiyənin Hatay əyalətinin Reyhanlı bölgəsində sərhəddə keşik çəkən əsgərlərə Suriya ərazisindən atəş açılıb. 

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Xəbərdə bildirilib ki, nəticədə bir türk əsgəri şəhid olub. Aldığı güllə yarasından yaralanan 21 yaşlı əsgər Gökhan Çakır xəstəxanaya aparılıb. Ancaq onu həyatda saxlamaq üçün həkimlərin göstərdiyi cəhdlər nəticə verməyib.

Türkiyə hərbçiləri qarşı tərəfə raket atəşi ilə cavab veriblər. 

Son xəbərlər

Orphus sistemi