Yuxarı

Sorğu: Suriyadakı münaqişə Rusiya üçün "yeni" Əfqanıstan ola bilər

Rəyi soruşulanların 72 faizi Rusiya qırıcılarının Suriyada İŞİD-in mövqelərinə hava zərbləri endirməsini bəyənib

Bakı. 9 oktyabr. REPORT.AZ/ Rəyi soruşulan Rusiya vətəndaşlarının 78 faizi hesab edir ki, Suriya münaqişəsində iştirak ölkələri üçün "yeni" Əfqanıstan ola bilər.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, Rusiyanın "Levada Tsnetr"in keçirdiyi sosioloji rəy sorğusunun nəticələri belə bir mənzərə ortaya çıxarıb. 

Məlumata görə, respondentlərin 28 faizi Rusiyanın Suriyadakı münaqişədə iştirakına qarşı çıxıb.

Rusiya qoşunlarının xaricdə istifadə olunması ilə bağlı Federasiya Şurasının qərarını rəyi soruşulanların 46 faizi bəyənsə də, 33 faizi buna qarşı olduqlarını bildiriblər.

Rəyi soruşulanların 72 faizi Rusiya Hərbi Hava Qüvvələrinin Suriyada İŞİD-in mövqelərinə hava zərbələri endirməsini bəyənib.

Məlumata görə, "Levada - Tsentr" sorğunu oktyabrın 2-5-də Rusiyanın 134 yaşayış məntəqəsində 1 600 nəfər arasında aparıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi