Suriyada Türkiyənin 1 hərbçisi şəhid olub, 4-ü yaralanıb

Suriyada Türkiyənin 1 hərbçisi şəhid olub, 4-ü yaralanıb Terrorçu İŞİD qruplaşması Suriya Azadlıq Ordusuna dəstək verən Türkiyə hərbçilərinin yerləşdiyi əraziyə hücum ediblər
Region
13 Fevral , 2017 17:47
Suriyada Türkiyənin 1 hərbçisi şəhid olub, 4-ü yaralanıb

Bakı. 13 fevral. REPORT.AZ/ Türkiyə Silahlı Qüvvələri Suriyada keçirdikləri "Fırat Kalkanı" ("Fərat qalxanı") əməliyyatı çərçivəsində 1 hərbçi şəhid olub, 4-ü yaralanıb.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, terrorçu İŞİD qruplaşmasının üzvləri Suriya Azadlıq Ordusuna dəstək verən Türkiyə hərbçilərinin yerləşdiyi əraziyə hücum ediblər.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin Suriyada həyata keçirdiyi “Fırat kalkanı” əməliyyatı 2016-cı il avqustun 24-də başlayıb.

Son xəbərlər

Orphus sistemi