Yuxarı
    Bağlamaq

    ​Suriyada İran qvardiyasının briqada generalı, polkovniki və mayoru öldürülüb

    Qvardiyanın yaydığı açıqlamada isə bildirilib ki, döyüşdə 13 iranlı əsgər həyatını itirib, 21-i isə yaralanıb

    Bakı. 9 may. REPORT.AZ/ İran İnqilab keşikçiləri Qvardiyasının briqada generalı Cavad Durbin Suriyanın Hantuman rayonunda öldürülüb.

    "Report" "Andolu" agentliyinə istinadən xəbər verir ki, Suriyanın Hələb şəhərinin Hantuman rayonunda qvardiyanın silahlıları ilə "Fətih Ordusu" arasında gedən döyüşdə İranın 14 hərbçisi, o cümlədən briqada generalı Cavad Durbin, polkovnik Rəhim Kabili, mayor Məhəmməd Balbasi də öldürülüb.

    Qvardiyanın yaydığı açıqlamada isə bildirilir ki, döyüşdə 13 iranlı əsgər həyatını itirib, 21-i isə yaralanıb.

    İrandakı bəzi informasiya mənbələri həyatını itirən əsgərlərin sayının 20 - 50 arasında olduğu haqda məlumat yayıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi