Yuxarı

Suriyada daha bir iranlı general öldürülüb

Möhsün Qacarian İmam Rza I Zirehli briqadanın komandanı olub

Bakı. 4 fevral. REPORT.AZ/ İran İnqilab Keşikçiləri Qvardiyasının komandanlarından biri, briqada generalı Möhsün Qacarian Suriyada öldürülüb.

"Report" xəbər verir ki, bu haqda "Anadolu" agentliyi məlumat yayıb.

Məlumata görə, M.Qacarian qvardiyanın İranın Nişapur şəhərindəki "İmam Rza" I Zirehli briqadanın komandanı olub. 

Xəbərə əsasən, Suriyada davam edən və milyonlarla insanı öz yurd-yuvasından didərgin salan savaşda İranın çoxlu sayda generalı və hərbçisi həlak olub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi