Yuxarı
    Bağlamaq

    ​Suriya Türkiyədən BMT-yə şikayət edib

    Rəsmi Dəməşq Ankaranı terrorçu qruplara dəstək verməkdə günahlandırıb

    Bakı. 29 iyul. REPORT.AZ/ Suriya Türkiyənin "İŞİD" terror qruplaşmasının ölkənin şimalındakı mövqelərini bombalamasına rəsmi münasibət bildirib. "Report"un "Hürriyyət" qəzetinə istinadən verdiyi məlumata görə, Suriya Xarici İşlər Nazirliyi bununla bağlı BMT-yə şikayət məktubu göndərib.

    Suriya XİN məktubunda rəsmi Dəməşqin Türkiyəni özünü müdafiə edən bir qurban kimi göstərmək təşəbbüsünü qəbul etmədiyini ifadə edərək, Ankaranı terrorçu qruplara dəstək verməkdə günahlandırıb.

    "Gec olması heç olmamasından daha yaxşıdır. Amma Türkiyənin "İŞİD", əl-Nusra Cəbhəsi" və "Əl-Qaidə"yə bağlı qruplaşmalarla mübarizəsi gerçəkmidir?", - məktubdə qeyd olunub.

    Ancaq məktubda Türkiyənin Suriyanın şimalındakı "İŞİD" mövqelərinə ötən cümə günü başlatdığı hava əməliyyatlarından bəhs edilməyib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi