Yuxarı

Suriya-Türkiyə sərhədində baş verən partlayış nəticəsində ölənlərin sayı 30-a çatıb - YENİLƏNİB

Partladıcı qurğu yerləşdirilmiş avtomobil sərhəd-keçid məntəqəsi yaxınlığında partladılıb

Bakı. 6 oktyabr. REPORT.AZ/Suriya-Türkiyə sərhədində baş verən partlayış nəticəsində ölənlərin sayı 30-a çatıb. 

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, partlayışın məsuliyyətini İŞİD terror qruplaşması üzərinə götürüb.

*** 11:27

Suriyanın Türkiyə ilə sərhəddə yerləşən Atme çadır düşərgəsində Azad Suriya Ordusunun növbə dəyişdirilməsi zamanı baş verən partlayışda ən azı 20 nəfər həlak olub, çox sayda yaralı var.

Bu barədə "Report" "Reuters"ə istinadən xəbər verir.

Məlumata görə, partladıcı qurğu yerləşdirilmiş avtomobil sərhəd-keçid məntəqəsi yaxınlığında partladılıb.

Hadisənin təfərrüatları araşdırılır.

Hələlik bölgədə fəaliyyət göstərən terror qruplaşmalarından heç biri hücuma görə məsuliyyəti üzərinə götürməyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi