Yuxarı

​Süleyman Dəmirəl dəfn edilib

Mərhum prezidentin doğulduğu kənddə keçirilən dəfn mərasiminə dövlət rəsmiləri, ictimai-siyasi xadimlər, iş adamları və adi vətəndaşlar qatılıblar

Bakı. 20 iyun. REPORT.AZ/ Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəl doğulduğu İspartanın Atabəy rayonunun İslamköy kəndində dəfn edilib.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

İyunun 20-də keçirilən dəfn mərasimində mərhum prezidentin ailə üzvləri ilə yanaşı, Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək, baş nazirin müavini Bülənt Arınç, xarici işlər naziri Mövlud Çavuşoğlu, Türkiyə parlamentinin keçmiş sədrlərindən - Hüsaməddin Cindoruk, Köksal Toptan, Hikmət Çətin, Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıcdaroğlu, Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Bağçalı, Demokratik Sol Partiyanın sədri Masum Türkər, Demokrat Partiyasının sədri Gültəkin Uysal, CXP-nin Antalyadan seçilmiş millət vəkili Dəniz Baykal, MHP-nin İstanbuldan olan millət vəkili Maral Akşenər, keçmiş nazir Cavit Çağlar, habelə tanınmış siyasi və ictimai xadimlər və iş adamları, çoxlu sayda vətəndaş iştirak edib.

Mərasimə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və baş nazir Əhməd Davudoğlu əklil göndərib.

Qeyd edək ki, Süleyman Dəmirəl iyunun 17-da 91 yaşında vəfat edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi