Yuxarı
    Bağlamaq

    ​"Su-24" təyyarəsinin pilotunun cənazəsi Ankaradan Moskvaya gətirilib - VİDEO

    Təyyarəni Rusiyanın müdafiə naziri Sergey Şoyqu qarşılayıb

    Bakı. 30 noyabr. REPORT.AZ/ Türkiyə tərəfindən vurulan Rusiyaya məxsus "Su-24" bombardımançı təyyarəsi heyətinin komandiri Oleq Peşkovun cənazəsini gətirən hava gəmisi Moskva ətrafında yerləşən Çkalovski aerodromuna eniş edib.

    "Report" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinə istinadən TASS məlumat yayıb.

    Təyyarəni Rusiyanın hava məkanında qırıcılardan ibarət mühafizə dəstəsi müşayiət edib. Hava gəmisini Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Rusiya Hərbi-Kosmik Qüvvələrinin baş komandanı, general-polkovnik Viktor Bondaryev qarşılayıb.

    Rusiya təyyarəsi 24 noyabr 2015-ci il tarixində terrorçulara qarşı əməliyyat zamanı vurulub. Vurulma anında qırıcıdan paraşütlə atılmağı bacaran podpolkovnik Oleq Peşkov Suriya terrorçuları tərəfindən öldürülüb.

    Noyabrın 25-də Rusiya prezidenti Vladimir Putin Peşkova ölümündən sonra Rusiya qəhrəmanı adı verib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi