Stoltenberq: "İspaniya "Patriot" raketlərinin Türkiyədə qalma müddətini uzadacaq"

Stoltenberq: "İspaniya "Patriot" raketlərinin Türkiyədə qalma müddətini uzadacaq" İspaniya "Patriot" HHM batareyasının Türkiyədə qalma vaxtını uzatmağa hazır olduğunu təsdiqləyib
Region
9 Fevral , 2016 18:00
Stoltenberq: İspaniya Patriot raketlərinin Türkiyədə qalma müddətini uzadacaq

Bakı. 9 fevral. REPORT.AZ/ İspaniya Türkiyənin hava hücumundan müdafiə imkanlarını gücləndirmək üçün NATO missiyasının bir hissəsi kimi fəaliyyət göstərən "Patriot" Hava Hücumundan Müdafiə Sisteminin Türkiyədə qalma vaxtını uzatmağa hazır olduğunu təsdiqləyib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq fevralın 10-11-nə təyin olunan alyansa daxil ölkələrin müdafiə nazirlərinin görüşü ərəfəsində keçirdiyi mətbuat konfransında deyib.

Stoltenberq həmçinin bu missiya çərçivəsində NATO-nun Türkiyəyə hava patrulu üçün əlavə imkanlar qazandırdığını əlavə edib.

Qeyd edək ki, NATO-nun Türkiyədə HHM missiyası "Patriot" raket batareyasından ibarətdir və layihə 2012-ci ildən başlanıb.

Son xəbərlər

Orphus sistemi