İran hökumətinin sözçüsü: "Həsən Ruhaninin istefası məsələsi gündəlikdə yoxdur"

İran hökumətinin sözçüsü: "Həsən Ruhaninin istefası məsələsi gündəlikdə yoxdur" “İran prezidenti Həsən Ruhaninin istefası məsələsi hökumətin gündəliyində yoxdur”.
Region
16 Dekabr , 2019 16:48
İran hökumətinin sözçüsü: Həsən Ruhaninin istefası məsələsi gündəlikdə yoxdur

“İran prezidenti Həsən Ruhaninin istefası məsələsi hökumətin gündəliyində yoxdur”.

“Report” “Mehr”ə istinadən xəbər verir ki, bunu İran hökumətinin sözçüsü Əli Rəbii ölkə gündəliyindəki məsələləri dəyərləndirərkən bildirib.

“Prezident Ruhaninin istefası hökumətin gündəliyində yoxdur. Bunu heç kim dəstəkləmir. Belə bir məsələ yoxdur”, - deyə sözçü vurğulayıb.

Qeyd edək ki, noyabr ayında İranda benzinin qiyməti bahalaşandan sonra keçirilən etiraz aksiyaları fonunda Həsən Ruhaninin istefası şüarları səslənirdi. Tehran hakimiyyətinin bəzi səlahiyyətli nümayəndələri Həsən Ruhaninin istefasını tələb edirdi. 

Son xəbərlər

Orphus sistemi