Sorğu: Respondentlərin təxminən yarısı Rusiyanın Suriyadakı əməliyyatları dayandırmasını dəstəkləyir

Sorğu: Respondentlərin təxminən yarısı Rusiyanın Suriyadakı əməliyyatları dayandırmasını dəstəkləyir Hərbi əməliyyatın davam etdirilməsinin lehinə 30% respondent rəy bildirib
Region
5 Sentyabr , 2017 14:28
Sorğu: Respondentlərin təxminən yarısı Rusiyanın Suriyadakı əməliyyatları dayandırmasını dəstəkləyir
Bbc.com

Bakı. 5 sentyabr. REPORT.AZ/ Rusiyada sorğu iştirakçılarının təxminən yarısı rəsmi Moskvanın Suriyadakı hərbi əməliyyatları dayandırmalı olduğunu düşünür.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bunu "Levada Mərkəzi"nin keçirdiyi sorğunun nəticələri göstərir.

Respondentlərin 49%-i Rusiyanın Suriyadakı əməliyyatları dayandırmasının lehinə səs veribsə, rəyi soruşulanların 30%-i əməliyyatların davam etdirilməsinə tərəf çıxıb.

Rusiyalıların əksəriyyəti - 74%-i ya ərəb respublikasındakı vəziyyəti yaxından izlədiklərini, ya da oradakı son hadisələrdən xəbərdar olduqlarını söyləyiblər. Respondentlərin 26% isə Suriyadakı hadisələrdən bixəbər olduqlarını qeyd ediblər.

Sorğu 137 yaşayış məntəqəsində 1600 nəfər arasında aparılıb.

Xatırladaq ki, Rusiya Suriyada hərbi kampaniyaya 2015-ci ilin payızında başlayıb.

Son xəbərlər

Orphus sistemi