Soçidə Türkiyə və Rusiya prezidentlərinin görüşü başlayıb

Soçidə Türkiyə və Rusiya prezidentlərinin görüşü başlayıb Görüş təkbətək formatda keçirilir
Region
13 Noyabr , 2017 18:40
Soçidə Türkiyə və Rusiya prezidentlərinin görüşü başlayıb

Bakı. 13 noyabr. REPORT.AZ/ Soçidə Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın məhdud tərkibdə görüşü başlayıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, təkbətək görüşdən sonra dövlət başçıları geniş formatda müzakirələr aparacaq, yekunda isə hər iki prezidentin mətbuata bəyanatlarla çıxışı gözlənilir.

Geniş formatda keçiriləcək görüşdə xarici işlər naziri Mövlud Çavuşoğlu, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akar və Milli Kəşfiyyat Təşkilatının rəhbəri Hakan Fidan da iştirak edəcək.

Son xəbərlər

Orphus sistemi