Soçidə helikopter qəzaya uğrayıb, 1 ölü, 5 yaralı var

Soçidə helikopter qəzaya uğrayıb, 1 ölü, 5 yaralı var Qəzanın başvermə səbəbi araşdırılır
Region
1 Noyabr , 2016 15:55
Soçidə helikopter qəzaya uğrayıb, 1 ölü, 5 yaralı var

Bakı. 1 noyabr. REPORT.AZ/ Soçinin Adler rayonunda “AC-50” helikopterinin evin damına düşməsi nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb.

“Report” “Russiatoday”a istinadən xəbər verir ki, helikopterə az dərəcədə ziyan dəyib, yanğın baş verməyib, yanacaq dağılıb.

Məlumata görə, qəzanın başvermə səbəbi araşdırılır. Hadisə yerində Rusiya Fövqəladə Hallar Nazirliyinin xilasedicilərinin fəaliyyət göstərdiyi barədə xəbər yayılıb. 

Son xəbərlər

Orphus sistemi