Yuxarı
    Bağlamaq

    ​İŞİD Türkiyə sərhədindəki rayona hücum edib

    Onlar həmin rayonun bəzi kəndlərini və bir strateji yüksəkliyi ələ keçiriblər

    Bakı. 12 mart. REPORT.AZ/ İŞİD Suriyanın Türkiyə ilə sərhədindəki Resulayn rayonuna hücum edib.

    "Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu haqda Suriya İnsan Haqları Müşahidə təşkilatı məlumat yayıb.

    Xəbərdə bildirilib ki, İŞİD terrorçuları həmin rayonun bəzi kəndlərini və bir strateji yüksəkliyi ələ keçiriblər.

    Resulayn Türkiyənin Şanlıurfa bölgəsinin Ceylanpınar rayonu ilə qonşudur. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi