​İŞİD Türkiyə sərhədindəki rayona hücum edib

​İŞİD Türkiyə sərhədindəki rayona hücum edib Onlar həmin rayonun bəzi kəndlərini və bir strateji yüksəkliyi ələ keçiriblər
Region
12 Mart , 2015 13:50
​İŞİD Türkiyə sərhədindəki rayona hücum edib

Bakı. 12 mart. REPORT.AZ/ İŞİD Suriyanın Türkiyə ilə sərhədindəki Resulayn rayonuna hücum edib.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu haqda Suriya İnsan Haqları Müşahidə təşkilatı məlumat yayıb.

Xəbərdə bildirilib ki, İŞİD terrorçuları həmin rayonun bəzi kəndlərini və bir strateji yüksəkliyi ələ keçiriblər.

Resulayn Türkiyənin Şanlıurfa bölgəsinin Ceylanpınar rayonu ilə qonşudur. 

Son xəbərlər

Orphus sistemi