Yuxarı

​Səudiyyə Ərəbistanı kralı Türkiyədə səfərdədir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan onu Ankarada Əsənboğa hava limanında qarşılayıb

Bakı. 11 aprel. REPORT.AZ/ Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdül Əziz Türkiyəyə səfər edib.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Məlumata görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan kralı Ankarada Əsənboğa hava limanında qarşılayıb.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdül Əziz Əl Səudun Türkiyəyə səfəri aprelin 11-dən 15-dək davam edəcək. Ankaraya səfərindən sonra kral İstanbula yollanacaq və orada aprelin 14-15-də keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının 13-cü sammitinə qatılacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi